Qazaxda kişi tanışını bıçaqlayaraq hadisə yerindən qaçıb.
E-huquq.az-ın məlumatına görə hadisə Qazax şəhəri, N.Nərimanov küçəsi 1 ünvanda yerləşən “Qazax Mal Bazarı” adlanan heyvan bazarında qeydə alınıb.
Belə ki, 1982-ci il təvəllüdlü Qədiməliyev Namaz şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı qəsdən bıçaqla 1981-ci il təvəllüdlü Nəbiyev Adili vurub.
O, sonuncunun sağlamlığına ağır zərər yetirməklə hadisə yerindən qaçıb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qədiməliyev Namaz Ağstafa rayonu Vurğun qəsəbəsində saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Qazax RPŞ-nin İB-də Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Orxan Rasifoğlu
