Bakıda evdə yanğın zamanı 70 yaşlı qadın ölüb.
E-huquq.az-ın məlumatına görə hadisə paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydə alınıb.
Belə ki, Quşçuluq Sovxozu, ünvansız fərdi evdə yaşayan 1954-cü il təvəllüdlü Xanbabayeva Emilya yaşadığı evdə qısaqapanma nəticəsində baş vermiş yanğın zamanı hadisə yerində ölüb.
Faktla bağlı FHN-nin Əməliyyat-İstintaq İdarəsində araşdırma aparılır.
Orxan Rasifoğlu
