Gədəbəydə avtomobil qəzası nəticəsində xəsarət alanlar kimliyi məlum olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan e-huquq.az-a bildirilib ki, "Niva" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində, 2009-cü il təvəllüdlü Elmir Eldar oğlu Qurbanov və 2005-ci il təvəllüdlü Eldəniz Məmməd oğlu Məmmədov ciddi xəsarətlər alıblar və xəstəxanaya yerləşdirilib.
"Hadisə yerinə Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunub, araşdırma aparılır"-deyə DİN rəsmisi bildirib.
Qeyd edək ki, qəzada xəsarət alan daha 2 nəfərə isə ambulator yardım göstərilib.
