Bakının Sabunçu rayonunda fəaliyyət göstərən sex yanıb.
Bu barədə e-huquq.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 200 m² olan dəmir sexinin yanar konstruksiyaları 150 m² sahədə yanıb.
Sexin qalan hissəsi və yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.
Yanğından mühafizə bölmələri tərəfindən yanğın söndürülüb.
***
18.25
Sabunçu rayonunda sexdə yanğın olub.
E-huquq.az xəbər verir ki, hadisə Zabrat qəsəbəsi, şəhər sosesində yerləşən dəmirçi sexində baş verib.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Yanğın nəticəsində sexin bir hissəsi yanıb.
Yanğın söndürülüb.
