Abşeron rayonunda yerləşən sexdə yanğın hadisəsi baş verib.
E-huquq.az xəbər verir ki, hadisə Xırdalan qəsəbəsi, Heydər Əliyev prospektində yerləşən avtomobil təmiri sexində qeydə alınıb.
Dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.
