Məzmuna keç

Daşkəsəndə 38 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı

Daşkəsəndə həmyerlisinə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan e-huquq.az-a bildirilib.

Məlumata görə, hadisəni törətməkdə 1993-cü il təvəllüdlü M.Əliyev şübhəli bilinir.

Faktla bağlı araşdırma davam etdirilir.

Qeyd edək ki, Daşkəsən rayon sakini, 1986-cı il təvəllüdlü N. Hümbətov mübahisə zəminində bıçaq xəsarətləri alıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Hadisəni törətməkdə şübhəli bilinən Müşfiq adlı şəxsin daha bir nəfərlə də mübahisə etdiyi bildirilir.