Məzmuna keç

Sabirabadda qadının qətli ilə bağlı cinayət işi açıldı

Sabirabad rayonu ərazisində avqustun 26-da 1975-ci il təvəllüdlü Rəna İmanovanın öldürülməsi ilə bağlı cinayət işi açılıb.

Bu barədə e-huquq.az-a Sabirabad Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı 2007-ci il təvəllüdlü Ramal Qurbanlının tanışı Rəna İmanovaya bıçaqla çoxsaylı xəsarətlər yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

"Faktla bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Ramal Qurbanlı iş üzrə şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam edir",- məlumatda qeyd olunub.