Məzmuna keç

Cəlilabadda səkkizotaqlı ev yandı

Cəlilabadda 8 otaqlı evdə yanğın olub.

E-huquq.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Cəlilabad rayonunun Həziabad kəndində ümumi sahəsi 196 m² (hər mərtəbəsi 98 m²) olan ikimərtəbəli 8 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.