- 14 Oktyabr 23:20
Bakı şəhər sakini olan bir nəfərin aldadılaraq 60 min manatının ələ keçirilməsi ilə bağlı polisə məlumat daxil olub.
Bu barədə e-huquq.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib
Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlində şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 34 yaşlı C.Ağayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.