Bakı-Quba yolunda qəza baş verib, iki nəfər xəsarət alıb.
E-huquq.az xəbər verir ki, Baş DYP İdarəsinin inspektoru polis leytenantı Hacıyev Elvin bildirib.
Hadisə Bakı-Quba yolunun 28-ci kilometrində baş verib.
“KİA SARENTO” markalı nəqliyyat vasitəsi piyada zolağından keçən iki qadını vurub.
Xəsarət alan piyadalar xəstəxanaya yerləşdirilib.
Fakt araşdırılır.
