Məzmuna keç

Ötən gün qanunsuz saxlanılan silah-sursat aşkar olunub

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davamlı olaraq həyata keçirilir.

E-huquq.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, oktyabrın 11-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 2 pulemyot, 3 tapança, 1 qumbaraatan, 8 tüfəng, 3 patron darağı və 6 ədəd patron aşkar edərək götürüblər.