Məzmuna keç

Göygöldə iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var

Göygöl rayonunda "Opel" və "VAZ-21015" markalı iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

E-huquq.az-ın məlumatına görə, nəqliyyat vasitələrinin toqquşması nəticəsində bir nəfər ölüb, daha dörd nəfər xəsarət alıb.

Əraziyə Dövlət Yol Polisinin əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.