Məzmuna keç

“Sədərək” Ticarət Mərkəzində baş verən yanğın söndürüldü – YENİLƏNDİ

Bakıda ticarət mərkəzində yanğın başlayıb

“Sədərək” Ticarət Mərkəzində baş verən yanğın söndürülüb.

Bu barədə e-huquq.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hazırda Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.

Yanğınla əlaqədar qərargah yaradılıb.

***

“Sədərək” Ticarət Mərkəzində 1 000 kvadratmetrdən çox ərazi yanıb.

Yanğınsöndürmə işləri davam etdirilir.

Hadisə yerinə helikopter də cəlb olunub.

***

08:58

Bakıda ticarət mərkəzində yanğın başlayıb.

E-huquq.az-ın məlumatına görə, Lökbatan qəsəbəsində fəaliyyət göstərən “Sədərək” ticarət mərkəzi yanır.

Məlumata görə, yanğın Ticarət mərkəzinin birinci zonasındakı çartaqda başlayıb.

Yanğının bir neçə mağazaya keçdiyi bildirilib.

Hadisə yerinə FHN-nin yanğından mühafizə xidmətinin canlı qüvvə və texnikaları cəlb olunub.

Yanğının qarşısının alınması istiqamətində işlər görülür.