Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobildən 1150 manat pul oğurlanması barədə polisə məlumat daxil olub.
Bu barədə e-huquq.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Qaradağ Rayon Polis İdərəsinin 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 32 yaşlı O.İbrahimov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
