Məzmuna keç

Azərbaycanda zəlzələ oldu

Azərbaycanda zəlzələ oldu

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

E-huquq.az xəbər verir ki, yerli vaxtla saat 08:22-də Qobustan stansiyasından 32 km cənub-qərbdə Hacıqabul ərazisində zəlzələ qeydə alınıb.

Bildirilib ki, yeraltı təkan 3,4 maqnitudada və 4 kilometr dərinlikdə qeydə alınıb.

Zəlzələ hiss olunmayıb.

*** 08:03

Yerli vaxtla saat 07:05-də Qobustan stansiyasından 32 kilometr cənub-qərbdə Hacıqabul ərazisində zəlzələ qeydə alınıb.

Bu barədə e-huquq.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Qeyd edilir ki, zəlzələ 3,3 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 4 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanlar hiss olunmayıb.