Məzmuna keç

Tovuzda həkim dəm qazından boğularaq öldü

Tovuz rayonunda qadın dəm qazından boğularaq ölüb.

E-huquq.az-ın məlumatına görə, hadisə rayonun Xatınlı kəndində baş verib. Belə ki, kənd sakini, 42 yaşlı K.Əmrahova hamam otağında olarkən dəm qazından zəhərlənərək ölüb.

K.Əmrahovanın həkim olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.