Dünyanın daha iki ölkəsində koronavirusa yoluxma faktı qeydə alınıb.
E-huquq.az xəbər verir ki, Belarus və Meksikada koronavirus infeksiyası aşkarlanıb.
Belarus Səhiyyə Nazirliyinin açıqlamasına görə, koronavirus daşıyıcısı İranlı tələbədir. O, Belarusa Bakıdan uçub.
Xatırladaq ki, dünyada koronavirus infeksiyasından ölənlərin sayı 2 858 nəfərdir. Virus daşıyıcılarının sayı isə 83 380-dan çoxdur.
Mənbə: Report
