Daxili İşlər Nazirliyi ötən gün Oğuz rayonunda baş verən silahlı insidentlə bağlı məlumat yayıb.
E-huquq.az xəbər verir ki, fevralın 28-də Oğuz rayonunun Kərimli kəndi ərazisində kənd sakini, əvvəllər məhkum olunmuş Z.Məsimov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmkəndlisi Elşən Abdullayevi qətlə yetirib.
Oğuz rayonunun polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Z.Məsimov tutulub.
Cinayəti törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb.
Faktla əlaqədar cinayət işi başlanıb.
Qeyd edək ki, hadisə rayonun Kərimli kəndində baş verib.
