Məzmuna keç

Bakıda gənc qadın pnevmoniyadan öldü

Bakıda gənc qadın pnevmoniyadan öldü

Bakıda 26 yaşlı qadın pnevmoniyadan dünyasını dəyişib.

TƏBİB-dən e-huquq.az-a verilən məlumata görə, qadın gecə saatlarında ağır vəziyyətdə təcili tibbi yardımla Sabunçu rayonu 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

“Xəstəxanaya çatdırıldıqdan 40 dəqiqə sonra dünyasını dəyişib. İlkin diaqnoza əsasən, ölümə səbəb ikitərəfli bronxit pnevmoniya, ağciyər-ürək çatışmazlığı və ağciyər ödemidir. Hazırda meyit ekspertizaya verilib və daha dəqiq diaqnoz ondan sonra məlum olacaq", – açıqlamada deyilir.