Kamran Əliyev: "Korrupsiya gələcək nəsillərin ümidlərinə zərbədir"


  • 09:50

"Korrupsiya təkcə qanunun pozulması deyil. O, cəmiyyətin ruhuna, insanın inamına, gələcək nəsillərin ümidlərinə zərbədir".

E-huquq.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsinin – "GlobE Network"un VI Plenar iclasının açılışında deyib.

Onun sözlərinə görə, məhz buna görə də bu günkü plenar sessiyanın əhəmiyyəti ölçülməzdir: "Biz birgə səylərlə daha şəffaf, daha dürüst və sabaha inamla baxan bir dünya qurmağa çalışırıq. Gələcək nəsillərə ədalətli cəmiyyət və aydın sabahlar miras qoymaq üçün bu mübarizədə bir addım da irəli getməliyik".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər