Məzmuna keç

Bakı Şəhər Baş Polis İdarəsinin Təhqiqat şöbəsinin rəisi təyin edildi

Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov kadr islahatı çərçivəsində daha bir əmr imzalayıb

Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov kadr islahatı çərçivəsində daha bir əmr imzalayıb.

E-huquq.az-ın məlumatına görə, nazirin əmri ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin vəzifəli şəxsi, polis polkovnik-leytenantı Tərlan Zeynalov vəzifəsindən azad olunaraq Bakı Şəhər Baş Polis İdarəsinin Təhqiqat şöbəsinin rəisi təyin edilib.

BBPİ-nin mətbuat katibi, polis mayoru Elşad Hacıyev e-huquq.az-a məlumatı təsdiqləyib.