Qəbələ rayon prokurorluğunda “Açıq Qapı” günü keçirildi - FOTO


  • 27 May 11:21

Mayın 27-də Qəbələ rayon prokurorluğunda “Açıq Qapı” günü keçirilib.

Baş Prokurorluqdan e-huquq.az-a verilən məlumata görə, tədbirdə media nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və ictimai fəallar iştirak ediblər.

Tədbirin əsas məqsədi, vətəndaşların prokurorluq orqanlarının fəaliyyəti ilə daha yaxından tanış olmalarını təmin etmək, hüquqi məsələlərdə maarifləndirməni artırmaq və prokurorluğun şəffaf fəaliyyətini nümayiş etdirmək olub.

Tədbirin açılışında çıxış edən Qəbələ rayon prokuroru Nazim Babayev, belə təşəbbüslərin cəmiyyətin hüquqi biliklərinin artırılmasında mühüm rol oynadığını vurğulayıb. O, həmçinin, prokurorluğun fəaliyyətində şəffaflığın artırılması və vətəndaşların hüquqlarının qorunmasının prioritet olduğunu qeyd edib. Nazim Babayev, rayon prokurorluğunun səlahiyyətləri və iş prinsipləri barədə iştirakçılara ətraflı məlumat verib və onların suallarını cavablandırıb.

Baş Prokurorluğun Mətbuat Xidmətinin böyük prokuroru Kənan Zeynalov, prokurorluq orqanlarının strukturu, funksiyaları və iş prinsipləri barədə təqdimat edib. O, prokurorluqda aparılan islahatların əsas məqsədinin şəffaflıq, vətəndaş məmnunluğu və hüquqi təminatların gücləndirilməsi olduğunu vurğulayıb. Kənan Zeynalov, həmçinin ictimaiyyətlə əlaqələrin daha da gücləndirilməsi üçün prokurorluğun gördüyü işlər barədə məlumat verib.

Tədbirdə, rayon prokurorluğunun digər əməkdaşları da çıxış edərək, öz sahələrindəki təcrübə və biliklərini iştirakçılarla bölüşüblər. İştirakçılar, prokurorluğun iş prosesləri və hüquqi təminatlarla bağlı praktiki biliklər əldə ediblər.

Sonda, tədbir interaktiv formatda davam edib və iştirakçılara müxtəlif hüquqi məsələlər üzrə suallar ünvanlanıb. Onlar, prokurorluğun fəaliyyətini və hüquqi prosedurları daha yaxından öyrənərək ətraflı cavablar alıblar.

Prokurorluğun inzibati binası ilə tanışlıq turu təşkil edilib və sonda iştirakçılara xatirə fotoşəkli çəkilib.

Oxşar xəbərlər