Kürdəmirdə “Milli Suverenlik və Hüquqi Təminatlar: Prokurorluğun rolu” mövzusunda seminar keçirildi - FOTO


  • 13 İyun 16:35

Kürdəmir rayon prokurorluğunda “Milli Suverenlik və Hüquqi Təminatlar: Prokurorluğun rolu” mövzusunda seminar keçirilib.

Bu barədə e-huquq.az-a-a Baş Prokurluqdan məlumat verilib.

Tədbirdə 12 regiondan prokurorluq əməkdaşları, qeyri-hökumət təşkilatlarının nümayəndələri və media təmsilçiləri iştirak ediblər.

Seminarda çıxış edən Kürdəmir rayon prokuroru Tural İbrahimov bildirib ki, ölkə Konstitusiyası dövlət suverenliyinin möhkəmləndirilməsi və hüquq sisteminin inkişafı üçün əsas hüquqi sənəddir. O vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev bu sənədin hazırlanması və qəbulunda böyük rol oynayıb. Prezident İlham Əliyevin rəhbərliyi altında hüquqi islahatların uğurla davam etdirildiyini vurğulayan T.İbrahimov dövlət suverenliyinin qorunması və qanunvericiliyin təkmilləşdirilməsi sahəsində prokurorluğun vacib rolunu xüsusi qeyd edib.

Baş Prokurorluğun Mətbuat Xidmətinin böyük prokuroru Kənan Zeynalov çıxışında Konstitusiyada təsbit olunmuş suverenlik prinsiplərinin prokurorluğun fəaliyyətinin əsasını təşkil etdiyini diqqətə çatdırıb. O, dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın davamlı diqqət və qayğısı nəticəsində ölkənin bütün bölgələrində, xüsusilə işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı abadlıq və quruculuq işlərinin həyata keçirildiyini, eləcə də Böyük Qayıdış strategiyasının uğurla icra olunduğunu vurğulayıb.

Seminar zamanı milli suverenliyin və hüquqi təminatların qorunmasında prokurorluğun rolu geniş müzakirə olunub. İştirakçılar prokurorluğun bu sahədə üzərinə düşən vəzifələri və həyata keçirilən tədbirləri ətraflı təhlil ediblər.

Tədbirdə hüquqi dövlətin möhkəmləndirilməsi və vətəndaş hüquqlarının müdafiəsi ilə bağlı aktual məsələlər müzakirə olunub, çıxışçılar prokurorluğun qarşısında duran əsas vəzifələr barədə fikirlərini bölüşüblər.

Seminar interaktiv formatda davam edib, iştirakçıların hüquqi məsələlərə dair sualları cavablandırılıb.

Oxşar xəbərlər