Baş prokuror göstərişlər verdi - FOTO


  • 16:06

Baş prokuror Kamran Əliyev paytaxtın Binəqədi rayonunda vətəndaş qəbulu keçirib.

Baş Prokurorluğun Mətbuat xidmətindən e-huquq.az-averilən xəbərə görə, iyunun 24-də Baş prokuror Kamran Əliyev Bakı şəhəri Binəqədi rayon prokurorluğunun inzibati binasında Binəqədi rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

Qəbulda iştirak edən 23 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Oxşar xəbərlər