- 12 Dekabr 16:08
Beyləqan və Yardımlı rayonlarına yeni prokuror təyin olunub.
E-huquq.az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.
Baş prokurorun əmrinə əsasən, Baş Prokurorluğun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Elşad Əzimov Beyləqan rayon prokuroru vəzifəsinə təyin edilib.
Digər əmrlə isə Fəxri Məmmədov Yardımlı rayonunun yeni prokuroru təyin edilib.