- 11 İyul 16:22
Respublika Hərbi Prokurorluğunda yeni təyinatlar olub.
E-huquq.az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev əmrlər imzalayıb.
Baş prokurorun əmri ilə Baş Prokurorluğun İstintaq İdarəsinin böyük prokuroru Ağakişi Acalov tutduğu vəzifədən azad edilərək Sumqayıt şəhər hərbi prokuroru təyin edilib.
Baş prokurorun digər əmri ilə Nihad Şıxəliyev Respublika Hərbi prokurorun müavini təyin olunub. O, bu vəzifədə Mehdi Hüseynzadəni əvəzləyib. N.Şıxəliyev bu təyinatadək Hərbi Prokurorluğun Ərizə və müraciətlər şöbəsinin rəisi olub.
Mənbə: Oxu.az