Kamran Əliyev Ankarada Türkiyənin Ali Məhkəməsinin sədri ilə görüşüb - FOTO


  • 22 İyul 13:22

Ankarada rəsmi səfərdə olan Azərbaycan Baş prokuroru Kamran Əliyev və onu müşayiət edən nümayəndə heyəti Türkiyə Respublikası Ali Apellyasiya Məhkəməsinin sədri Ömer Kerkezlə görüşüb.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Azərbaycan və Türkiyə arasında mövcud məhkəmə əməkdaşlığının inkişafı, təcrübə mübadiləsi və qarşılıqlı hüquqi dəstək imkanları müzakirə edilib.

Oxşar xəbərlər