İlin birinci yarımilində qeydə alınan cinayətlərin 90,2 faizi açılıb


  • 24 İyul 2025 16:11

Bu ilin birinci yarımilində ölkə ərazisində 17049 cinayət qeydə alınmaqla onların 90,2 faizinin açılması təmin edilib.

E-huquq.az xəbər verir ki, bu barədə Baş Prokurorluqda keçirilən geniş kollegiya iclasında bildirilib.

Qeyd edilib ki, ümumilikdə ölkə üzrə cəmi 7477 cinayət işinin istintaqı tamamlanıb. Onlardan 536-ı prokurorluq orqanlarında istintaq edilib.

Prokurorluq orqanları tərəfindən 340, ümumilikdə isə digər istintaq qurumları ilə birgə 5839 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilib.

Oxşar xəbərlər