Jdanov: "Heydər Əliyev yalnız Azərbaycan xalqının qəhrəmanı deyil"


  • 11:41

Heydər Əliyev yalnız Azərbaycan xalqının qəhrəmanı deyil.

E-huquq.az xəbər verir ki, bunu Laçında Baş Prokurorluq tərəfindən beynəlxalq konfransda MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının icraçı katibi Yuri Nikolayeviç Jdanov deyib.

İcraçı katib bildirib ki, Azərbaycan torpağında, MDB-yə üzv dövlətlərin dəbir hissəsi olduğu o nəhəng ölkənin rəmzlərinə çevrilən böyükşəxsiyyətləri və nailiyyətləri yada salmamaq mümkün deyil.

“Yaşadığım dövrün bir nümayəndəsi kimi qeyd edə bilərəm ki, böyükmiqyaslı Baykal-Amur magistralının tikintisi layihəsinin uğurla həyata keçirilməsində həmin illərdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olmuş, ikiqat Sosialist Əməyi Qəhrəmanı Heydər Əliyevin həlledici rolu olub! Bu görkəmli şəxsiyyət yalnız Azərbaycan xalqının qəhrəmanı deyildi! Biz hamımız onu böyük hörmət və minnətdarlıq hissi xatırlayırıq!

Qeyd edək ki, Laçında Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda beynəlxalq konfrans keçirilir. Baş prokuror Kamran Əliyev, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi, MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının icraçı katibi Yuri Nikolayeviç Jdanov və onun müavini Abduraxmon Xotambekov, Türkiyə Respublikasının Ali Məhkəməsinin Baş Prokurorluğunun prokurorları Ahmet Gökay Aktaş və Mustafa Yakar, eləcə də Gürcüstan Baş Prokurorluğunun əməkdaşı Temur Tsindeliani, Baş Prokurorluğun rəhbər heyəti, Baş prokuror yanında Elmi-Məsləhət Şurasının üzvləri, ərazi və ixtisaslaşdırılmış prokurorlar, eləcə də digər qonaqlar iştirak edirlər.

Oxşar xəbərlər