Baş prokuror paytaxtın Yasamal rayonunda vətəndaşları qəbul etdi - FOTO


  • 16:08

Sentyabrın 5-də Baş prokuror Kamran Əliyev Bakı şəhəri Yasamal rayon prokurorluğunun inzibati binasında Yasamal rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

Bu barədə e-huquq.az-a Baş Prokurorluqdan məlumat verilib.

Qəbulda iştirak edən 47 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Oxşar xəbərlər