- 16:48
Müasir Azərbaycan Konstitusiyası 1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və ümumxalq müzakirəsindən sonra 1995-ci il noyabrın 12-də referendumda, demək olar ki, bütün Azərbaycan xalqının səs çoxluğu ilə qəbul olunmuş ilk milli Konstitusiyamız bu gün də dövlətçiliyimizin əsas dayağıdır.
E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Baş prpkuroru Kamran Əliyev “Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
Baş prokurorun sözlərinə görə, şübhəsiz ki, konstitusiya Əsas Qanun olmaqla hər bir dövlətin təməl sütünunu təşkil edir:
“Bizim hazırda 30 illiyini qeyd etdiyimiz bu Konstitusiya da suverenliyimizin və ərazi bütövlüyümüzün qorunmasının, hüquqi və dünyəvi dövlətin möhkəmləndirilməsinin, vətəndaşların layiqli həyat şəraitinin təmin edilməsinin, beynəlxalq müstəvidə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafının möhkəm hüquqi əsasıdır:
K.Əliyev xatırladıb ki, Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən, hər il noyabrın 12-si ölkəmizdə Konstitusiya Günü kimi qeyd edilir.
Humay Eminqızı