Bir il ərzində cinayət işləri üzrə 18,3 milyon manatdan çox ziyan bərpa olunub


  • 1 Oktyabr 09:14

Ötən ildən bu günə cinayət işləri üzrə vurulmuş maddi ziyandan 3 milyon 435 min manatın ödənilməsi, həmçinin 14 milyon 916 min manat məbləğində əmlak üzərinə həbs qoyulmaqla ümumilikdə 18 milyon 351 min manat məbləğində ziyanın bərpası təmin olunub.

E-huquq.az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyevin "Azərbaycan" qəzetində dərc olunmuş məqaləsində qeyd edilib.

Bildirilib ki, icraatına xitam verilmiş işlər üzrə 4 milyon 307 min manat məbləğində maddi ziyan ödənilməklə cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 2 milyon 189 min manat məbləğində pul vəsaiti ödənilib.

Vurğulanıb ki, 2020-ci ildən ətraf mühitin mühafizəsi qaydalarının pozulması faktları ilə əlaqədar 237 inzibati xəta haqqında is üzrə icraat və 644 cinayət işi başlanmaqla təqsirli şəxslər barəsində zəruri məsuliyyət tədbirləri görülüb, 7 milyon 277 min manat məbləğində ziyanın ödənilməsi təmin edilib.

Oxşar xəbərlər