- 17:07
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları tərəfindən ötən il həyata keçirilən 16 əməliyyat tədbiri nəticəsində 11 şəxs cinayət başında yaxalanıb.
E-huquq.az xəbər verir ki, bu, Baş prokuror Kamran Əliyevin "Azərbaycan" qəzetində dərc olunan məqaləsində qeyd olunub.
O bildirib ki, əməliyyatlar çərçivəsində üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında 86 cinayət işi başlanıb.