Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı test imtahanında uğur qazanmış namizədlərin nəzərinə!


  • 10:25

Baş Prokurorluq tərəfindən Dövlət İmtahan Mərkəzi ilə birgə 10 oktyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq elan edilmiş sayca 27-ci müsabiqənin ilkin mərhələsi olan test imtahanı keçirilmiş və imtahanın nəticələri Baş Prokurorluğun (www.genprosecutor.gov.az) rəsmi internet səhifəsində yerləşdirilib.

Bu barədə e-huquq.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Həmin test imtahanında müvəffəqiyyət qazanmış 174 namizəd 22 oktyabr 2025-ci il tarixədək Baş Prokurorluğun https://hr.genprosecutor.gov.az/ internet səhifəsi vasitəsilə özünün şəxsi kabinetinə daxil olub aşağıda qeyd olunan sənədlərin əslini “PDF” faylı formasında skan edilmiş vəziyyətdə həmin sənədlərin adlarına uyğun müvafiq bölmələrə yükləməlidirlər.

- əmək kitabçasının qeydlər aparılmış səhifələrinin notariat qaydasında və yaxud iş yeri üzrə təsdiq edilmiş surəti (hazırda işləyən və ya əvvəllər işləmiş namizədlər);

- yaşadığı ünvan üzrə poliklinikadan sağlamlıq barədə (Forma № 086), ruhi-əsəb və narkoloji dispanserlərdə qeydiyyatda olub-olmaması barədə arayışlar;

- yaşadığı ünvan və ailə tərkibi haqqında arayış;

- yaşadığı ünvan üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli qurumlarında qeydiyyatda olması və həqiqi hərbi xidmət keçməsi (yaxud da möhlət hüququ verilməsi və ya çağırışdan azad olunması) barədə arayış (oğlanlar);

- hərbi biletin qeydlər aparılmış səhifələrinin notariat qaydasında təsdiq edilmiş surəti (oğlanlar);

Əlavə suallarla bağlı 437-28-56, 361-00-76, 361-00-77, 361-00-78, 361-00-80 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.

Oxşar xəbərlər