Vahid Hacıyev: "Qarabağ və Şərqi Zəngəzur innovativ və dayanıqlı inkişaf məkanına çevrilib"


  • 10:37

"Bu gün azad Qarabağ və Şərqi Zəngəzur innovativ və dayanıqlı inkişaf məkanına çevrilib".

E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarında xüsusi nümayəndəsi Vahid Hacıyev "Zəfərin beş ili: Dövlətçilik və hüququn qələbəsi” mövzusunda konfransda deyib.

O bildirib ki, işğal dövründə yerlə-yeksan edilmiş şəhər və kəndlər bərpa olunur:

"Hava limanları, yollar, körpülər, tunellər, digər obyektlər inşa edilir, elektrik və su xətləri çəkilir. Bölgədə Azərbaycanın gələcək inkişafının yeni modellərindən biri formalaşır. Məcburi köçkünlər öz doğma ata-baba yurdlarına qayıdır. Artıq keçmiş məcburi köçkünlərimiz yenidən qurulan Zəngilan rayonunun Ağalı, Məmmədbəyli kəndlərində, Cəbrayıl şəhər 1-ci yaşayış kompleksində və Horovlu kəndində məskunlaşıblar".

Xüsusi nümayəndə qeyd edib ki, bu gün işğaldan azad edilmiş ərazilərdə belə bir tədbirin keçirilməsi bizim üçün əlamətdar hadisədir:

"Bu baxımdan da tədbirin təşkilinə görə Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Kamran Əliyevə xüsusi təşəkkürümü bildirmək istəyirəm".

Oxşar xəbərlər