- 26 Noyabr 15:58
Azərbaycan beynəlxalq axtarışda olan Rusiya vətəndaşını ölkəsinə ekstradisiya edib.
E-huquq.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Qeyd olunub ki, dələduzluqda ittiham edilərək 2023-cü ildə dövlətlərarası axtarışa verilmiş 1984-cü il təvəllüdlü Rusiya vətəndaşı Mundşayn Mikael Kostanoviçin verilməsinə dair həmin ölkənin Baş Prokurorluğunun vəsatəti təmin edilib.
Həmin şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Rusiyanın səlahiyyətli orqanlarına təhvil verilib.