- 31 Dekabr 2025 10:30
Baş prokuror Kamran Əliyev yanvarın 9-da saat 10:00-da Pirallahıda prokurorluğunun inzibati binasında vətəndaşların qəbulunu keçirəcək.
Baş Prokurorluqdan e-huquq.az-a verilən məlumata görə, K.Əliyev Pirallahı və Xəzər rayonlarının hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və ya şikayəti olan vətəndaşları qəbul edəcək.
Qəbulla bağlı Pirallahı və Xəzər rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli və Bakı şəhər prokurorluğunun (012) 361-02-44 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.