Bu günədək 25 583 nəfər keçmiş məcburi köçkün öz doğma yurdlarına qayıdıb


  • 10:56

"Dövlətimizin gücü yalnız beynəlxalq arenada qazandığı mövqelərlə ölçülmür. Əsl güc ölkə daxilində sabitliyin, təhlükəsizliyin, sosial rifahın və hüquqi dövlət prinsiplərinin təmin olunmasında özünü göstərir".

E-huquq.az xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev prokurorluq orqanlarında qulluğa yeni qəbul edilən gənc hüquqşünasların andiçmə mərasimi zamanı deyib.

Onun sözlərinə görə, məhz bu baxımdan, 2025-ci il ərzində həyata keçirilən tədbirlər Azərbaycanın suverenliyinin real və dayanıqlı əsaslar üzərində möhkəmləndirildiyini nümayiş etdirir.

"Bu möhkəmlənmənin ən bariz təzahürü isə işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, eləcə də Böyük Qayıdış Proqramının ardıcıl və sistemli şəkildə icrasıdır. Böyük Qayıdış Proqramının uğurla icrası dövlətimizin gücünün və siyasi iradəsinin təzahürüdür. Bu günədək 6 407 ailə olmaqla 25 583 nəfər keçmiş məcburi köçkün öz doğma yurdlarına qayıtmışdır. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Ağdamdan Xankəndiyədək bir çox şəhər və rayonlarda təməlqoyma və açılış mərasimlərində iştirakı bu prosesə verilən ali diqqətin göstəricisidir. Möhtəşəm Qələbəmizin 5-ci ildönümü münasibətilə Bakıda Zəfər Muzeyinin açılışı, hərbi paradın keçirilməsi, eləcə də Xankəndi şəhərində Zəfər Parkının açılışı dövlətçilik tariximizin şanlı səhifələrinin əbədiləşdirilməsinə xidmət edir", - deyə K.Əliyev qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər