Müsabiqə yolu ilə qulluğa qəbul edilən prokurorluq işçiləri kadr korpusunun 97%-ni təşkil edir


  • 11:30

Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı elan edilmiş müsabiqədə 51 namizəd müvəffəqiyyət qazanıb.

E-huquq.az xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev prokurorluq orqanlarında qulluğa yeni qəbul edilən gənc hüquqşünasların andiçmə mərasimi zamanı deyib.

O bildirib ki, ümumilikdə 2020-2025-ci illərdə elan edilmiş müsabiqələr üzrə qulluğa qəbul edilmiş 21 nəfər xarici ölkələrin, o cümlədən 8-i Ukrayna Respublikası, 6-ı Rusiya Federasiyası, 3-ü Türkiyə Respublikası, 1-i Böyük Britaniya və Şimali İrlandiya Krallığı, 1-i Qazaxıstan Respublikası, 1-i Qırğızıstan Respublikası, 1-i isə Belarus Respublikasının ali təhsil müəssisələrinin məzunudur. 13 nəfər türk, 34 nəfər rus, 20 nəfər ingilis, 6 nəfər həm rus, həm ingilis, 1 nəfər isə həm türk, həm də ingilis dilini sərbəst bilir. Hazırda 51 gənc mütəxəssisin müvafiq vakant ştat vahidlərinə təyin edilməsi nəticəsində artıq müsabiqə yolu ilə qulluğa qəbul edilmiş prokurorluq işçiləri prokurorluğun kadr korpusunun 97 %-ni təşkil edir.

"Əminik ki, siz, gənc prokurorluq əməkdaşları kimi gələcəkdə üzərinizə düşən vəzifələrin icrasına vicdanla yanaşıb layiqincə yerinə yetirərək, nümunəvi xidməti fəaliyyətinizlə sizə göstərilən etimadı doğruldacaq və layiq görüldüyünüz şərəfli prokurorluq işçisi adını hər zaman uca tutacaqsınız", - deyə Baş Prokuror qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər