"Klassik cinayət-prosessual mexanizmlər İKT vasitəsilə törədilən cinayətlərin aşkarlanmasında effektiv deyil"


  • 16:07

Müasir dövrdə rəqəmsal texnologiyaların sürətli inkişafının cinayət mühakimə icraatının qarşısında yeni çağırışlar qoyur.

E-huquq.az xəbər verir ki, bunu Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin videokonfrans formatında keçirilən iclasında deyib.

O, klassik cinayət-prosessual mexanizmlərin informasiya-kommunikasiya vasitələrindən istifadə edilməklə törədilən və gizlədilən cinayətlərin aşkarlanmasında effektiv olmadığını söyləyib. Bu baxımdan BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasının hazırlandığını və 2025-ci ilin 25 oktyabr tarixində Hanoy şəhərində ölkəmiz adından müvafiq bəyanatlar və qeyd-şərtlərlə imzalandığını bildirib.

Qeyd edilib ki, layihədə cinayət və cinayət-posessual qanunvericiliyində texnoloji tərəqqiyə uyğun olaraq köhnəlmiş ifadələr müasir terminlərlə əvəz edilir. Belə ki, Konvensiyanın tələblərinə müvafiq olaraq, qanunvericilikdəki "kompüter sistemi" ifadəsi "İKT sistemi", "kompüter məlumatları" isə "elektron verilənlər" terminləri ilə əvəz edilir. Eyni zamanda, qanunvericiliyə "trafik verilənləri", "abunəçi məlumatları", "məzmun verilənləri" və “xidmət provayderi” kimi yeni hüquqi anlayışlar daxil edilir.

Oxşar xəbərlər