- 13:22
Tərtər rayonuna yeni prokuror təyin edilib.
E-huquq.az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, respublika hərbi prokurorunun sabiq müavini, ədliyyə general-mayoru Fuad Məmmədov rayona prokuror təyin edilib.
Kamran Əliyevin digər müvafiq əmrinə əsasən Tərtər rayon prokuroru Əli Qurbanov Tərtər hərbi prokuroru vəzifəsinə təyin olunub.