- 13:17
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə cinayət yolu ilə qazanılmış əmlakın leqallaşdırılması ilə bağlı verilmiş ittihamın həcmi açıqlanıb.
E-huquq.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin yaydığı məlumatda bu barədə qeyd edilib.
Məlum olub ki, Ramiz Mehdiyev 13 oktyabr 2025-ci il tarixinədək olan müddətdə cinayət yolu ilə əldə edilmiş 17.000.000 manatdan artıq pul vəsaitini leqallaşdırıb.
DTX-nin yaydığı videoda keçmiş administrasiya rəhbərinin evində aparılmış əməliyyatın görüntüləri də yer alıb.