- 18 Fevral 16:14
"Azərbaycanda rəqəmsallaşma prosesi təbii şəkildə inkişaf edir. Hər bir qurum fəaliyyət üslubunu bu mühitə uyğunlaşdırmalıdır. Bu prosesin ilkin mərhələsi artıq tamamlanır".
E-huquq.az xəbər verir ki, bunu Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev Azərbaycan Hakimlərinin II Forumu çərçivəsində baş tutan "Rəqəmsallaşma və süni intellektin tətbiqi" adlı panel müzakirədə deyib.
"İnteqrasiya işimizi xeyli asanlaşdırır, lakin hələ də müəyyən çətinliklərlə üzləşirik. Məlumatların vahid platformada birləşdirilməsi vacibdir. Bizim 130 fərqli məlumat bazamız mövcuddur. Bu icraatların yalnız prokurorluqda qalması dövlət resurslarının səmərəsiz istifadəsinə səbəb olur. Buna görə də hüquq-mühafizə orqanlarının vahid platformaya keçməsi prosesini səbirsizliklə gözləyirik. İnanıram ki, bu yaxın zamanda reallaşacaq", - deyə o bildirib.
Şəbnəm Mehdizadə