- 23 Fevral 17:43
Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar fevralın 26-da Baş prokuror Kamran Əliyev və prokurorluq orqanlarının əməkdaşları Bakının Xətai rayonunda ucaldılmış "Ana harayı" abidəsini ziyarət ediblər.
Bu barədə e-huquq.az-a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, ziyarət zamanı abidənin önünə gül dəstələri düzülüb, Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad edilib.