- 16:24
"Son illərdə prokurorluq orqanlarına qəbul olunmaq üçün müraciət edən qadın hüquqşünasların sayı artıb".
E-huquq.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev "Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi" adlı tədqiqat hesabatının və "Uşaqlar və Hüquq" kitabının təqdimat mərasimində çıxışı zamanı deyib.
O, həmçinin bildirib ki, hüquq fakültələrində təhsil alan qadınların sayı da gündən-günə artır və bu, əvvəlki dövrlərlə müqayisədə nəzərəçarpacaq bir inkişafdır.
Baş prokurorun sözlərinə görə, qadın hüquqşünasların uşaqlarla daha çox təmasda olması və onların hüquqi maarifləndirilməsində fəal iştirakı əhəmiyyətli nəticələr əldə etməyə imkan verir.
"Bu, çox müsbət haldır. Qadınlar tərəfindən uşaqlara hüquqi maarifləndirmənin həyata keçirilməsi bizə daha çox səmərə verə bilər", - deyə K.Əliyev əlavə edib.
Humay Eminqızı