- 16:17
"Yetkinlik yaşına çatmayanlarla bağlı qanunvericilikdə xüsusi və humanist yanaşma tətbiq olunur".
E-huquq.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev "Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi" adlı tədqiqat hesabatının və "Uşaqlar və Hüquq" kitabının təqdimat mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, həm cinayət, həm də cinayət-prosessual qanunvericilikdə uşaqların yaş xüsusiyyətləri nəzərə alınmaqla xüsusi müddəalar müəyyən edilib.
Baş prokuror qeyd edib ki, yetkinlik yaşına çatmayanlara təyin olunan cəza istənilən halda 10 ildən artıq ola bilməz.
K.Əliyev əlavə edib ki, qanunvericilikdə onların şübhəli, təqsirləndirilən və ya şahid qismində dindirilməsi zamanı xüsusi qaydalar və imtiyazlar nəzərdə tutulub.
Onun sözlərinə görə, bu yanaşma hüquq sisteminin humanist xarakterindən irəli gəlir və uşaqların müdafiəsinə xidmət edir.
Humay Eminqızı