Su Polisi - Azərbaycanın su sərhədlərinin və təhlükəsizliyinin etibarlı keşiyində


  • 11:52

Azərbaycan Respublikasının polis orqanları ölkədə qanunun aliliyinin, ictimai təhlükəsizliyin və sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bu sistemin ayrılmaz tərkib hissələrindən biri də Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Baş Polis İdarəsidir.

Xəzər dənizinin Azərbaycan sektorunda, daxili su hövzələrində, limanlarda, körpülərdə və digər strateji əhəmiyyətli obyektlərdə ictimai asayişin qorunması, cinayətkarlığa qarşı mübarizə, insanların həyat və sağlamlığının təhlükəsizliyinin təmin edilməsi məhz bu xidmətin əməkdaşlarının üzərinə düşən məsuliyyətli və şərəfli vəzifələrdəndir.

Su polisi əməkdaşları yalnız hüquqpozmalara qarşı mübarizə aparmır, eyni zamanda axtarış-xilasetmə tədbirlərində, fövqəladə hallarda, itkin düşən şəxslərin axtarışında, ekoloji təhlükəsizliyin qorunmasında və dənizdə təhlükəsizliyin təmin edilməsində də peşəkarlıq nümayiş etdirirlər.

Xüsusilə son illərdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən hüquq-mühafizə orqanlarının maddi-texniki bazasının gücləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl siyasət və Daxili İşlər Naziri Vilayət Eyvazovun rəhbərliyi ilə aparılan islahatlar nəticəsində Su Nəqliyyatında Polis İdarəsinin fəaliyyət imkanları daha da genişlənmiş, müasir texniki vasitələr və yüksək hazırlıqlı şəxsi heyət hesabına xidmətin operativliyi və səmərəliliyi əhəmiyyətli dərəcədə artmışdır.

Peşə bayramı münasibətilə Su Nəqliyyatında Polis İdarəsinin bütün əməkdaşlarını və veteranlarını səmimi qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, xidmətdə uğurlar, ailə səadəti və Vətənimizə şərəf və ləyaqətlə xidmət etməyi arzulayırıq.

Azərbaycan polisi – dövlətimizin gücü, xalqımızın təhlükəsizliyinin etibarlı təminatıdır!

Oxşar xəbərlər