Gəncədə zibil poliqonunda ölü dölün tapılması ilə bağlı araşdırma başladılıb


  • 11:36

Gəncə şəhəri Cavadxan qəsəbəsində yerləşən zibil poliqonunda çürümüş dölün aşkar edilməsi faktı üzrə Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən e-huquq.az-a bildirilib ki, hadisə yerinə və aşkar edilmiş ölü dölə baxış keçirilib, məhkəmə-tibbi ekspertizası təyin olunub.

Həmçinin hadisənin hallarının müəyyənləşdirilməsi məqsədilə digər zəruri prosessual hərəkətlər icra edilib.

Araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək.

Oxşar xəbərlər