Məzmuna keç

Çinin baş prokuroru Azərbaycanın “Prokurorluğun yaradılmasının 100 illiyi” medalı ilə təltif edilib –

Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonq Azərbaycanın "Prokurorluğun yaradılmasının 100 illiyi" medalı ilə təltif olunub.

E-huquq.az xəbər verir ki, Yinq Yonq bu medala iki ölkənin prokurorluq orqanları arasında əlaqələrin inkişafına və əməkdaşlığın gücləndirilməsinə verdiyi töhfələrə görə layiq görülüb.

Y.Yonqa medalı Baş prokuror Kamran Əliyev təqdim edib.