- 12:08
Ötən dövr ərzində Azərbaycanda hərbi cinayətlərin sayında azalma müşahidə olunub.
E-huquq.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə keçirilən tədbirdə deyib.
Baş prokuror bildirib ki, hərbi prokurorluq orqanları fəaliyyətlərini uğurla davam etdirirlər.
"Hərbi cinayətlərin sayının azaldılması üçün əlimizdən gələni etməyə çalışırıq", - deyə K.Əliyev qeyd edib.
Şəbnəm Mehdizadə